Putin 2019-cu ilin yayında Tramp ilə görüşə bilər 03 Dekabr 2018 10:26 Dünya "Böyük iyirmilik" sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək. Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin iyununda keçiriləcək G20 sammitində amerikalı həmkarı Donald Tramp ilə görüşə bilər. Maide.az “Report”a istinadla xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov "Rusiya 1" telekanalına müsahibəsində deyib. "Əgər beynəlxalq forumlardan danışsaq, onda iyun ayında G20 çərçivəsində ola bilər. Ancaq mənə elə gəlir ki, biz və həmkarlarımız üçün bunadək görüşməkdən ötrü variant tapmaq çox vacibdir", - deyə Uşakov bildirib. "Böyük iyirmilik" sammiti 2019-cu ildə Yaponiyada keçiriləcək. Bundan əvvəl Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib. Teqlər : #Putin,#2019cu,#ilin,#yayında,#Tramp,#ilə,#görüşə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya-Gürcüstan sərhədi bağlandı Qətər OPEC-i tərk etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO