Putin aprelin 24-də İrəvanda Qarabağ məsələsini müzakirə edəcək 29 Mart 2015 02:00 Dünya Rusiya və Ermənistan prezidentləri – Vladimir Putin və Serj Sərkisyanın aprelin 24-də İrəvanda baş tutacaq görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutskiy Duma komissiyası ilə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının birgə iclasında deyib. “Qarabağ münaqişəsi incə və həssas məsələdir. Danışıqlar ATƏT-in Minsk Qrupu formatında və prezidentlərin üçtərəfli görüşləri formatında gedir. Keçən ilin avqustunda Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçılarının görüşündə bu məsələ olduqca dərindən müzakirə edilib. Əminəm ki, İrəvanda “soyqırımın” 100 illiyi ilə bağlı anım tədbirlərinə qatılacaq Vladimir Putinin öz erməni həmkarı ilə görüşündə bu problem eyni ciddiliklə müzakirə olunacaq” – əlavə edib komitə sədri. / Teqlər : #Putin aprelin 24də İrəvanda Qarabağ məsələsini müzakirə edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pentaqon 2200 suriyalı müxalifə hərbi təlim keçir ABŞ-ın İsraillə bağlı 28 il gizli saxladığı hesabatı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO