Putin Fələstin dövlətinin qurulmasına kömək edəcəyini bildirib 29 Mart 2015 02:00 Dünya Rusiya Federasiyası prezidentinin Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama İsrail üçün xoş olmayacaq. Rusiya dövlət başçısı Vladimir Putin şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirib. V.Putin bu açıqlama ilə Misirin Şarm əş-Şeyx şəhərində başlayan Ərəb Dövlətləri Liqasının 26-cı Sammitində iştirak edən liderlərə səslənib. “Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”, - deyə RF prezidenti bildirib. Bundan başqa, o, ərəb dünyasındakı problemlərin sülh yolu ilə və xarici müdaxilələr olmamaq şərtilə həll edilə biləcəyini vurğulayıb . Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 26-cı Sammiti Misirin Şarm əş-Şeyx şəhərində 14 ölkə lideri və 7 ölkə təmsilçisinin iştirakı ilə keçirilir.ans / Teqlər : #Putin Fələstin dövlətinin qurulmasına kömək edəcəyini bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın İsraillə bağlı 28 il gizli saxladığı hesabatı ABŞ-ın Florida Ştatında ölüm qonaqlığı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO