Putinin müharibə cualına müəmmalı cavabı: ÜMİD EDİRƏM!

Rusiya dövlət televiziyasına danışan prezident Vladimir Putin Ukraynanın şərqindəki hadisələr və Rusiya-Ukrayna münasibətlərinə dair sualları cavablandırıb. Putin Minsk müqaviləsinin həyata keçirilməsi vəziyyətində Ukraynanın şərqindəki vəziyyətin normallaşacağına əmin olduğunu söyləyib.
 
Maide.az xəbər verir ki, Putin, "Daha öncə dediyim kimi, əgər Minsk sazişi tətbiq olunsa, vəziyyət tədricən normala dönəcəyinə əminəm. Minsk müqaviləsinin həyata keçirilməsi məsələsində Avropanın, ən azı Rusiya qədər istəkli olduğunu düşünürəm. Avropanın ətrafında silahlı toqquşma kimsəyə fayda gətirməz", - deyib.
 
 Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri tərəfindən imzalanan Minsk müqaviləsinin BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənərək beynəlxalq xarakter aldığını qeyd edən Putin, indiki mərhələdə yeni bir Minsk zirvəsi və ya əlavə tədbir görülməsinə ehtiyac olmadığını bildirib.
 
 Putin Ukrayna prezidenti Pyotr Poroşenko ilə dialoqun qorunmasına baxmayaraq, Kiyev rəhbərliyinin verdiyi bəzi açıqlamaları başa düşmədiyini bildirərək, "məsələn, Ukraynalı rəsmilərin bir il əvvəl baş verən faciəli meydan hadisələrində bizim rəhbərliyimizin yer aldığı istiqamətində açıqlamaları var. Bu, tamamilə absurd və reallıqdan uzaqdır" söyləyib.
 
 Poroşenkonun Ukraynadan birtərəfli müstəqilliyini elan edərək Rusiyaya bağlanan Krımın yenidən Ukrayna torpaqlarına qatılacağı istiqamətindəki açıqlamasına dair isə Putin, bunun mümkünsüz olduğunu qeyd edib. Putin, "Rusiya və Ukrayna arasında müharibə baş verə bilərmi" sualına, "Mən bu qiyamət ssenarisinin mümkün olduğunu düşünmürəm. İşlərin bu nöqtəyə gəlməyəcəyinə ümid edirəm" cavabını verib.

Google+ WhatsApp ok.ru