Putin iyulun 1-nə səsvermə təyin edir 02 İyun 2020 13:37 Dünya Rusiya Prezidenti Vladimir Putin iyulun 1-nə konstitusiyaya dəyişikliklər üzrə səsvermə təyin edib. Bu dəyişikliklər onun 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər. Putin qərarı iyunun 1-də qanun layihəsinə hazırlayan işçi qrupun iclasında elan edib. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ideyanı dəstəklədiyini deyib, əlavə edib ki, əhalinin bir yerə yığışmasını önləmək üçün səsvermə rəsmi tarixdən yeddi gün qabaq başlanacaq. Onun sözlərinə görə, iki-üç regionda elektron səsvermə sistemindən istifadə olunacaq, ancaq regionların adını çəkməyib. Konstitusiyaya dəyişikliklər layihəsini deputatlar və Konstitusiya Məhkəməsi martda təsdiqləyib. Referendumun aprelin 22-də keçiriləcəyi gözlənirdi, amma koronovirus pandemiyasına görə təxirə salındı. Tənqidçilərin fikrincə, Putinin məqsədi 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra daha 12 il hakimiyyətdə qalmaqdır. Bu təşəbbüs Rusiyada etirazlara səbəb olub. azaliq.org/ Teqlər : #Vladimir Putin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ və NATO əsgərlərinin Rusiya ilə sərhədə yerləşdirildikləri qeyd olundu Hindistan ordusu Kəşmirə hücum etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO