Putin Krımda əlahiddə ordu yaradır 15 Avqust 2014 01:00 Dünya Ukraynada ilhaq etdiyi Krımda Rusiya tərəfindən əlahiddə hərbi birləşmə yaradılır. Bu barədə Rusiya prezidenti Vladimir Putin Krıma səfəri zamanı Yalta şəhərində keçirdiyi toplantıda deyib. O bildirib ki, artıq Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq proqram hazırlayıb: “Nazirlik Krım əlahiddə hərbi birləşməsinin formalaşması məqsədilə müvafiq addımlar həyata keçirir. Proqram böyük xərc tələb etmir və silahlanma mövcud imkanlar istifadə etməklə həyata keçiriləcək”. V. Putin əlavə edib ki, Moskva silahlanma ilə məşğul olmur, sadəcə öz Silahlı Qüvvələrinin müasir tələblərə cavab vermək üçün inkişafına çalışır. Teqlər : #Putin Krımda əlahiddə ordu yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT İraqın Baş nazirinin istefasını tarixi hadisə adlandırıb İşğalçı İsrail rejiminin ordusuna azərbaycanlılar da qatılıb (Video)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO