Putin NATO-ya cavab verəcəyini deyir 01 İyul 2016 01:00 Dünya NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi iştirakını gücləndirməsi qüvvələrin balansını dəyişib. Bunu deyən Rusiya prezidenti Vladimir Putin bahalı silahlanmaya getmədən buna cavab verəcəyini deyib. NATO Polşa və Baltik ölkələrində raketdən müdafiə sistemləri yerləşdirməklə antirusiya niyyətlərini ortaya qoyub, Putin iyunun 30-da Moskvada rusiyalı diplomatların görüşündə söyləyib. “Bütün bunda məqsəd on illər boyunca formalaşmış hərbi bərabərliyə zərbə vurmaqdır”, o söyləyib. NATO şərq üzvlərinin Rusiyanın Ukraynada təcavüzkar hərəkətləri sarıdan qorxusunu önləmək məqsədilə silah və əsgərlərinin rotasiyasını həyata keçirib. Rusiya isə, özəlliklə, NATO-nun raketdən müdafiə sisteminə əsas təhlükəsizlik hədəsi kimi baxır və bunu önləmək məqsədilə cənub-qərb regionunda 3 yeni diviziya yaratmağı planlaşdırır. Putin deyib ki, Rusiya bahalı silahlanmaya getmədən NATO-ya “adekvat cavab verəcək”. Teqlər : #Putin NATOya cavab verəcəyini deyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Halal` qidaları tanıtdıracaq serial çəkiləcək İranlı general: “Bir göstərişlə İsraili xəritədən silə bilərik”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO