Putin partiyasını ləğv edir: Xalq Cəbhəsi yaradılır 26 Fevral 2020 11:03 Dünya Rusiyanın hakim Vahid Rusiya Partiyası Ümumrusiya Xalq Cəbhəsi ilə birləşəcək. Axar.az xəbər verir ki, bu məlumatı “Meduza” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, birləşmədən sonra iqtidar partiyasından sədr yerinə 3 yeni həmsədr vəzifəsi yaradılacaq. Dəyişikliklər 2021-ci ilin parlament seçkisinə qədər gerçəkləşdiriləcək. Tezliklə, hər iki siyasi qurum birləşmiş qurultay keçirəcək, nizamnamə, ad və idarəetmə strukturlarını dəyişəcək. Kreml bununla iqtidar partiyasının reytinqinin həddən artıq aşağı olması problemindən yaxasını qurtarmağa çalışır. Sayt 2018-ci ildə keçirilən təqaüd reformlarından 1 il sonrakı müddətdə Vahid Rusiya Partiyasının dəstəyinin 48%-dən 32,7%-ə endiyini bildirib. Vahid Rusiyanın Ümumrusiya Xalq Cəbhəsi ilə birləşməsinin əsas təşəbbüskarının Moskva qubernatorunun keçmiş müavini Mixail Kuznetsov olduğu vurğulanıb. “Kuznetsov çoxdan Vahid Rusiyanın rebrendinqi ideyasını irəli sürür. Ümumrusiya Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin rəhbəri olduqdan sonra Kuznetsov rebrendinq üçün lobbiçilik etməyə başladı”, - xəbərdə bildirilib. İki siyasi qurumun birləşməsindən sonra Vahid Rusiya Partiyasının hazırkı sədri olan keçmiş baş nazir Dmitri Medvedyev postunu itirəcək. O, partiyanın yeni strukturunda həmsədr də olmayacaq. Birləşmədən sonra həmsədr vəzifələrinə Rusiya Dumasının keçmiş vitse-spikeri Aleksey Qordeyev, Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva və gənc siyasətçilərdən biri gətiriləcək. Qeyd edək ki, Ümumrusiya Xalq Cəbhəsi 2011-ci ildə yaradılıb. Hərəkata Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edir. Ümumilikdə hərəkata 1600-dən çox təşkilat daxildir. Onun əsas ideologiyası milli konservatizm və etatizmdir. Teqlər : #Putin,#partiyasını,#ləğv,#edir:,#Xalq,#Cəbhəsi,#yaradılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özbəkistanda özəl məktəblər də hicaba qadağa planlaşdırılır ABŞ polisi 6 yaşında uşağın qolunu qandalladı - Video
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO