Putin Qərb və ABŞ-a xəbərdarlıq edib

Rusiya Prezidenti Vladimir Putin silahlanma yarışına girmədən digər ölkələrin meydan oxumalarına cavab verəcəklərini deyib.
 
Maide.az xəbər verir ki, Rusiya Hərbi Sənaye Komissiyasının iclasında danışan Putin, "Böyük maliyyə tələb edən bir silahlanma yarışına girmək niyyətində deyilik. Rusiya heç kimi təhdid etmir və bütün münaqişələri müzakirə masasında həll etməyə çalışır. Gələcəkdə də belə etməyə davam edəcək, bu siyasətə sadiq olacağıq", - deyib.
 
Putin, "Digər ölkələrin necə açıq şəkildə geosiyasi iddialarını dilə gətirdiyini, açıq şəkildə müstəqil dövlətlərin daxili işlərinə qarışdığını və bu arada arsenallarını genişləndirdiyini və yaxşılaşdığını görürük" - deyə əlavə edib.
 
Putin, "Bu şəraitdə Rusiyanın suverenliyi, ərazi bütövlüyü və milli maraqları üçün tədbirlər görmək məcburiyyətindəyik", - deyə vurğulayıb: "Bəzi ölkələrin fərqli siyasət yürütdüyünü, hərbi təzyiq siyasətini tətbiq etdiyini bilirsiniz. Bunu uzun zamandır gözlərimizlə görürük. Bütün bunlar beynəlxalq hüquq və bütün problemləri danışıqlar yolu ilə həll etmək istəyi istiqamətində söhbətlər altında aparılır."
 
Rusiyanın ABŞ və digər ölkələrin hərbi ehtiyacları üçün çəkdiyi xərclərlə bağlı məlumatları səsləndirdiyini xatırladan Putin, "Bu, müqayisə olunmayacaq rəqəmlərdir, qətiyyən yan-yana gətirilə bilməz. Xərclədiyimizdən qat-qat artıq artığını xərcləyirlər", - deyə vurğulayıb.

Google+ WhatsApp ok.ru