Qəzzada şəhid olanların sayı 203 oldu 16 İyul 2014 01:00 Dünya İsrailin illərdir mühasirədə saxladığı Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olanların sayı 203-ə yüksəlib. Maide.az-ın məlumatına görə, Fələstin hökumətinin Səhiyyə Nazirliyinin keçmiş mətbuat katibi Əşrəf əl-Kudra bildirib ki, İsrailin Qəzzanın cənubundakı Xan Yunus şəhərində bir binaya təşkil etdiyi hava hücumunda 1 fələstinlinin şəhid olub. İsrail döyüş təyyarələrinin Qəzzanın qərbində yerli bir radio stansiyasına qarşı həyata keçirdiyi hücumda 2 jurnalistin yaralandığını da söyləyən Kudra 7 iyuldan bu yana dünyasını dəyişənlərin sayının 203-ə, yaralananların isə 1522-ə yüksəldiyini deyib. Kudra dünyasını dəyişənlərin 39-nun uşaq, 17-nin isə qadın olduğunu söyləyib. Teqlər : #Qəzzada şəhid olanların sayı 203 oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD-in əsas bazası bombalandı Laricani: Fələstin İslam ölkələri üçün sınaq meydanıdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO