Qəzzaya ölüm yağır (FOTO-VİDEO) 19 İyul 2014 01:00 Dünya Şəhid olanların 66-sı uşaq, 27-si qadındır İsrail ordusunun Qəzzanın şərq sərhədindəki bölgələri bombardman etməsi nəticəsində 4 uşaq ölüb, 14 nəfər yaralanıb. Ölən uşaqlardan 2-si qardaşdır. Qəzzanın şimalına toplardan açılan atəş isə eyni ailədən 5 nəfərin həyatına son qoyub. Fələstinin Səhiyyə Nazirliyi İsrailin iki günlük quru əməliyyatı nəticəsində 44 nəfərin öldüyünü, 410 adamın yaralandığını açıqlayıb. Son 12 gün ərzində isə Qəzzanın müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində 270 adamın öldüyü, 2210 nəfərin yaralandığı bildirilir. Ölənlərdən 66-sı uşaq, 27-si qadındır. BMT-nin baş katibi Pan Gi Mun Qəzzada gərginliyin artması ilə əlaqədar bu gün bölgəyə səfər edəcək. BMT rəhbərinin Qəzzaya gedib-getməyəcəyi və səfərin neçə gün davam edəcəyi ilə bağlı məlumat yoxdur. Fələstin lideri Mahmud Abbas isə Türkiyədədir. O, ötən axşam Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə iftar mərasiminə qatılıb. Rəcəb Tayyib Ərdoğan mərasimindəki çıxışında İsrailin ünvanına sərt ifadələr işlədib: “İsrail gec-yez tökdüyü qanda özü boğulacaq. Buna ürəkdən inanırıq. Amma İsrailin zülmünə, cinayətlərinə səs çıxarmayan bir sıra dünya ölkələri, toplumlar da bu qara ləkəni sonsuzluğa qədər alınlarında daşımağa məhkumdurlar”. İsrail ordusu isə mılumat yayıb ki, həyata keçirilən əməliyyatların 18 günü ərzində Qəzzada 1600-dan çox nöqtəyə zərbə endirilib. Vurulan hədəflər arasında fələstinli döyüşçülərin tunel və bunkerləri, gizli raket qurğuları, məşq bazaları, silah-sursat anbarları var. İsrail tərəfi ötən axşam Qəzzanın şimalındakı döyüşlərdə üç israilli əsgərin yaralandığını da açıqlayıb. HƏMAS-ın hərbi qanadı bəyan edib ki, müharibə uzun çəkəcək və fələstinlilər buna hazır olmalıdırlar. HƏMAS lideri Xalid Məşəl bildirib ki, Qəzzada sülh yaınız onlarln bütün tələbləri yerinə yetirildikdən sonra mümkündür. Tələblər arasında hərbi əməliyyatların dayandırılması, üç israilli yeniyetmənin ölümündən sonra tutulanların azad edilməsi və Qəzzanın blokadasının dərhal aradan qaldırılması var. Teqlər : #Qəzzaya ölüm yağır (FOTOVİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail ordusu geri çəkilməyə məcbur olub Qəzzada ölənlərin sayı 306-ya çatdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO