Qəzzənin Şücaiyyə məhəlləsi qan gölünə döndü - Foto

 

Işğalçı İsrail bombaları altındakı Qəzzənin şərqində yerləşən Şücaiyyə məhəlləsində tam anlamıyla kütləvi qırğın törədilir.

 Maide.az-ın timeturk-ə istinadən məlumatına görə, Qəzzədə olan jurnalistlərin dediyinə görə, Şücaiyyə məhəlləsində törədilən cinayətləri sözlərlə ifadə etmək mümkin deyil. Küçələrdə bomardıman nəticəsində şəhid olmuş insanların cəsədləri var.

Qəzzənin şərqindəki Şücaiyyə bölgəsində bu gün təşkil olunmuş hücumlar nəticəsində ən az 60 fələstinli şəhid olub, 420 nəfər yaralanıb.  

Beynəlxalq KİV-lərin məlumatına görə, Qəzzənin Şücaiyyə bölgəsi şənbə günü və bu gün işğalçı sionist rejiminin ən ağır hücumlarına məruz qalıb. Qəzzədə fəlaiyyət göstərən jurnalistlərin dediyinə görə, bu hücumlar ötən 13 gün ərzində sionist rejiminn Qəzzəyə təşkil etdiyi ən ağır hücumlardır.

Jurnalistlər deyib ki,  Şücaiyyə məhəlləsində vəziyyət çox gərgindir. O qədər bomba və raket bu məhəlləyə yağdırılıb ki, əhali öz evlərindən çıxıb qaçmağa belə imkan tapa bilməyiblər.

 İzzəddin əl –Qəssam briqadasının qüvvələri Şücaiyyət bölgəsində İsrail ordusu ilə gərgin vuruşlar gedir.  Briqadanın üzvləri Şücaiyyə bölgəsində İsrailin bir tankını məhv ediblər. Fransanın Fiqaro qəzetinin məlumatına görə, elə ancaq Şücaiyyə bölgəsindəki döyüşlər zamanı İslami Müqavimət qüvvələri İsrailin 15 əsgərini öldürüb.

Qeyd edək ki, sionist cinayətkarlarının Qəzzəyə hücumları zaman indiyədk 410 fələstinli şəhid olub, 2700 nəfərdən çox fələstinli isə yaralanıb.

 

Google+ WhatsApp ok.ru