Qətərin əmirinin Səudiyyə Ərəbistana gözlənilməz səfəri 23 İyul 2014 01:00 Dünya “Qəzzada baş verən hadisələrlə bağl danışıqlar üçün` Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ötən axşam Səudiyyə Ərəbistanına gedib və orada Ali Səud rəhbərləri ilə işğalçı sionist rejim ilə Həmas arasında atəşkəs rejiminin bərpa olunması haqda danışıqlar aparacaq. Qətərin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani Səudiyyə Ərəbistanın padşahı Məlik Abdullah ilə görüşəcək və artıq iki həftədən artıqdır ki, davam edən israil rejiminin Qəzzaya hücumunun dayandırılması haqda danışıqlar aparacaq. Maide.az-ın Associated Press (AP) agentliyinə istinadən məlumatına görə, ötən gün baş tutan görüşdə vəliəhd Salman bin Əbdüləziz və digər bir neçə Səudiyyə Ərəbistan rəsmisi iştirak ediblər. Görüşdə əsasən Qəzzada atəşkəs rejiminin bərpası üçün çıxış yollarının tapılması məsələsi müzakirə olunb. Səudiyyə Ərəbistanı Misirin təklif etdiyi atəşkəs rejimi layihəsini dəstəkləyir və Həması tənqid edən tərəflərdəndir. Digər tərəfdən Qətər Həmas qrupunu dəstəkləyən tərəflərdəndir. / Teqlər : #Qətərin əmirinin Səudiyyə Ərəbistana gözlənilməz səfəri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli diplomat: Biz rəqəm deyilik, insanıq UNICEF: İsrailin Qəzzaya hücumları nəticəsində ən azından 212 fələstinli uşaq öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO