Qəzzada atəşkəs daha beş gün müddətinə uzadılıb

Qəzza zolağında uzunmüddətli atəşkəsin əldə olunmasına dair danışıqları davam etdirmək üçün Fələstin sionist rejimi ilə atəşkəsi beş gün müddətinə uzadıb. Bunu Fələstin İslami Müqavimət Hərakatının siyasi bürosunun üzvi İzzət Rəşq deyib.
Maide.az-ın Frans Press -ə istinadən məlumatına görə,  bundan əvvəl  Sionist rejim  və Qəzza zolağı atəşkəsi 72 saat müddətinə uzatmağa dair razılığa gəlmişdilər.
Məlumata əsasən, beş günlük atəşkəs razılaşması bu gecədən icra olunacaq.
Qeyd edək ki,digər bir məlumata əsasən, bundan öncə razılaşdırılmış 72 saatlıq atəşkəs müddətinin sona çatmasına bir neçə saat qalmış Sionist Rejim qüvvələri Qəzza zolağını raket atəşinə tutub.
 Qahirədə danışıqlarda iştirak edən Fələstin nümayəndə heyətinin nümayəndəsi  bəyan edib ki, İsrail bu yolla əldə olunmuş atəşkəsin şərtlərini pozur.
Fələstin Səhiyyə Nazirliyi elan edib ki, sionist rejimin Qəzzaya hücumları nəticəsində indiydəək 2000-ə yaxın fələstinli şəhid olub və 10 minə yaxın fələstinli isə yaralanıb.
Qeyd edək ki, avqus ayının 5-də də Misirin təklifi ilə  Qəzzada 3 günlük atəşkəs elan edilmişdi


 

Google+ WhatsApp ok.ru