Qəzzada şəhid olanların sayı 1962-yə yüksəldi

İsrail rejiminin Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olan fələstinlilərin sayının 1962-yə, yaralananların 10 min 196-ya yüksəldiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, Fələstinin keçmiş hökumət rəsmisi Əşrəf əl-Kudra bildirib ki, səhiyyə əməkdaşları bir neçə saat əvvəl İsrail hücumlarında dağıdılan binaların altından daha bir cəsəd çıxarıblar. 
 
Dünyasını dəyişən fələstinlilərdən 470-nin uşaq, 343-nün qadın, 88-nin yaşlı və 1-nin də italiyalı jurnalist olduğunu deyən Kudra, yaralılardan 3 min 84-nün uşaq, 1970-nin qadın və 368-nin isə yaşlı olduğunu vurğulayıb.
 
Fələstin Əsirlər Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, sionist rejimin Qəzza zolağına qarşı quru hücumu zamanı sərhəd bölgələrində həbs etdiyi fələstinlilərdən 8-i azad edilib. Nazirlik həmçinin bildirib ki, son hücumda 26 nəfər həbs edilib.

Google+ WhatsApp ok.ru