Qəzzə soyqırımı ilə bağlı acı xəbərlər 20 Avqust 2014 01:00 Dünya İsrail qırıcıları bu gün Qəzzənin mərkəzində bir evi bombalayaraq, bir ailənin 7 üzvünü şəhid ediblər. Hadisədə 10 nəfərin də yaralandığı bildirilir. Fələstin əl-Yəum xəbər portalı bildirir ki, aralarında bir neçə uşaq və bir hamilə qadın olan bu 7 şəhidin cənazəsi əl-Əqsa xəstəxanasına köçürülüb. Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibinə istinadla verilən bu xəbərə görə, bu şəhidlərin hamısı əl-Lövh ailəsinin üzvləridirlər. Belə ki, İsrail qırıcıları Qəzzənin mərkəzində yerləşən əl-Həkr məntəqəsini bombaladıqları zamanı əl-Lövh ailəsinin yaşadığı mənzil də hədəfə alınıb. Bu zaman ailə üzvlərinin hamısı evdə olub. Bu fələstinlilərin şəhid olması ilə çərşənbə axşamından etibarən başlayan yeni hücumlarda şəhid olan fələstinlilərin sayı 11-ə, yaralıların sayı isə 75-ə yüksəlib. Sionist rejimin Qəzzəyə qarşı hücumlarında şəhid olan fələstinlilərin ümumi sayı isə 1025 nəfərə çatıb. Bu müddət ərzində yaralananların sayı isə 10250 nəfər elan olunub. İslami Müqavimət Hərəkatı Həmas-ın hərbi qolu olan İzzədin Qəssam batalyonları sionist rejimin bu cinayətlərini cavabsız qoymayacağını və Təl-Əviv, Ben-Qoryon hava limanı, Kəriyat Məlaxi, Netifutif, Beerül-Səəb, Məcdəl və Sedirota qarşı raket hücumları həyata keçirəcəyini bildirib. Teqlər : #Qəzzə soyqırımı ilə bağlı acı xəbərlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerika senatorları İŞİD vahiməsində - ABŞ saytından sensasion yazı Suriyadan götürülmüş 600 ton kimyəvi maddə zərərsizləşdirildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO