Qərb ölkələri 100 min Suriya qaçqınına qapılarını açacaq

BM Mühacirlər Ali Komissarlığı (UNHCR) Qərb ölkələrinin qapılarını Suriyalı mühacirlərə daha çox açacaqları barədə söz verdiklərini açıqlayıb.
 
Maide.az xəbər verir ki, Cenevredəki yığıncaqda səsləndirilən açıqlamada UNHCR, gələcək bir neçə ay ərzində Qərb ölkələrinə yerləşəcək Suriyalı mühacir sayının 100 minə çatacağı bildirilir.
 
Təxminən 3 milyon Suriyalı mühacir, Türkiyə, Livan və İordaniyaya sığınıb. Qərb ölkələrinə sığınan mühacirlərin sayının isə təxminən 62 min olduğu deyilir.
 
Aralarında "Oxfam" və "Save the Children"in də olduğu yardım təşkilatları inkişaf etmiş ölkələrə mühacirlərin ümumi sayının ən az 5 faizini və ya 180 minini qəbul etməsi çağırışını edib.
 
UNHCR yeni məskunlaşma qərarlarının məmnuniyyətlə qarşılandığını, lakin qəbul ediləcəklərin sayının daha çox olmasının bacibliyini bildirir.

Google+ WhatsApp ok.ru