Qərbi Afrikada Eboladan ölənlərin sayı 8 minə yaxınlaşıb

Maide.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) yayımlanan açıqlamada, virusun davam etdiyi Qərbi Afrika ölkələri Liberiya, Qvineya və Sierra Leonedə 7 min 842 adamın öldüyü və 20 min 81 Ebola halı aşkar edildiyi bildirilib.
 
Ebola virusundan Liberiyada 7 min 977-dən 3 min 413 nəfər, Sierra Leonedə 9 min 409-dən 2 min 732 nəfər, Qvineyada isə 2 min 695-dən 1697 nəfər dünyasını dəyişib.
 
Ebola virusuna görə üç Qərbi Afrika ölkəsindən əlavə 15 nəfər dünyasını dəyişib. Malidə 6, Nigeriyada 8, ABŞ-da 1 nəfər Ebola virusunun törətdiyi xəstəlikdən ölüb. Bundan başqa, Seneqal və İspaniyada bir yoluxma müəyyən olunub.

Google+ WhatsApp ok.ru