Qəzza zolağının yeganə keçidi bağlanıb 11 Sentyabr 2015 01:00 Fələstin Sionist rejim Qəzza zolağının yeganə ticarət keçidi olan Kərəm Əbu Salim keçidini yəhudilərin bayramı bəhanəsi ilə bağlayıb. Maide.az "Anadolu"ya istinadla xəbər verir ki, Kərəm Əbu Salim keçidinin fələstinli hissəsinin rəhbəri Munir əl-Qəlbanın açıqlamasına görə, sionist rejim başçıları yəhudilərin bayramı bəhanəsi ilə cümə günündən 5 gün müddətinə Kərəm Əbu Salim keçidini bağlayıblar. Əl-Qəlban həmçinin bu keçidin fəaliyyətinin dayandırılmasının Qəzzanın yeganə elektrik stansiyası üçün yanacağın çatdırılması, eləcə də istifad olunan qaz və digər ehtiyac duyulan vasitələrin nəql olunmasına mənfi təsiri barədə xəbərdarlıq edib və deyib: Kərəm Əbu Salim keçidinin fəaliyyətinin dayandırılması Qəzzada mühasirədə qalanların problemlərinin daha da artmasına səbəb olacaq. Bu çərçivədə Qəzzanın enerji idarəsi bəyanat verərək bildirib ki, Kərəm Əbu Salim keçidinin bağlanması yanacaq çatışmazlığı və bu bölgənin elektrik sistemində problem yaradacaqdır. Kərəm Əbu Salim keçidi Qəzza zolağının yeganə ticarət keçididir. Sionist İsaril rejimi başçıları məhsulların bu keçidlə Qəzza zolağına daxil olmasına icazə verirlər. 2006-cı ildə parlament seçkilərində Fələstin İslami Müqavimət Hərəkatı Həmasın qələbə çalmasından sonra sionist rejim bu bölgənin 4 keçidinin fəaliyyətini dayandırıb və yalnız Kərəm Əbu Salim və Beyt Hanun keçidlərini gediş-gəliş üçün açıq qoyub. Teqlər : #Qəzza zolağının yeganə keçidi bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin mənzil-qərargahında Fələstin bayrağının qaldırılmasına icazə verilib Qüdsdə onlarla fələstinli yaralanıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar