Qəzzanın bərpası üçün ayrılacaq 3.5 milyard dollar və bəzi ərəb ölkələrinin vədəxilaf çıxması 26 Aprel 2016 01:00 Fələstin Dünya Bankının hesabatına əsasən İşğalçı İsrail rejiminin davamlı təcavüzü nəticəsində infrastrukturu dağılan Qəzzanin yenidənqurma işləri bəzi müsəlman ölkələrinin sözlərinə əməl etməməsi nəticəsində yarımçıq qalıb. Maide.Az xəbər verir ki, Qəzza zolağında 1.7 milyon nəfər yaşayır. 2007-ci ildən Qəzza zolağı İsrail rejiminin mühasirəsində saxlanılır. 2014-cü ilin yayında sionist rejimin vəhşicəsinə hücumu nəticəsində 1000-dən çox insan həlak oldu, minlərlə insan yaralandı. Bölgənin infrastrukturu demək olar ki, tamamilə dağıdıldı. Içməli su və işığa həsrət qalan Qəzza sakinləri üçün yaşayış bu təcavüzdən sonra daha da ağırlaşdı. 2014-cü ildə Qəzzaya olan təcavüzdən sonra həmin ilin payızında Misirdə Qəzzanın yenidənqurulmasına yardım məqsədi ilə 50 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən ölkələr Qəzzanın bərpası üçün 3.5 milyard dollar pul ayıracaqlarına söz verdilər. 2016-cı ilin aprel ayının 19-da Dünya Bankı Qəzza zolağının yenidənqurulması üçün verilmiş vədələrin yerinə yetirilməməsi ilə bağlı ürək ağrıdan hesabat yayıb. Hesabatda bildirilir ki, bəzi ölkələr xüsusi ilə bəzi Ərəb ölkələri və Türkiyə verdikləri vədəyə əməl etməyiblər. Dünya Bankının hesabatına əsasən, 3.5 milyard dollar vəsaitin yalnız 40 faizi indiyədək ödənilib. Dünya Bankının məlumatına görə, Qəzzanın yenidənqurulması üçün Türkiyə 200 milyon dollar söz versədə 64 milyon dollar, Səudiyyə Ərəbistan 500 milyon dollar söz versədə bu pulun yalnız 10 faizini, Qətər 1 milyard dollar yardım söz versədə 152 milyon dollar, BƏƏ 200 milyon dollar söz versədə 29 milyon dollar ödəyib. Hesabata görə, Kuveyt Qəzzanın yenidənqurulması üçün 200 milyon dollar söz verib lakin indiyədəik bir dollarda ödəməyib. Hesabatda bildirilir ki, bəzi qeyri-müsəlman ölkələr o cümlədən Hollandiya, Finlandiya, Avstrya, Hindistan və Rusiya kimi ölkələr Qəzzanın yenidənqurulması üçün öhdəliklərini tam yerinə yetiriblər. Dünya Bankının hesabatına görə, Qəzzada dağılan evlərin yalnız 9 faizində bərpa işləri görülüb. Hələdə 75 min nəfər evsiz-eşiksizdir. Teqlər : #Qəzzanın bərpası üçün ayrılacaq 3.5 milyard dollar və bəzi ərəb ölkələrinin vədəxilaf çıxması, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində ən gənc məhbus işğalçı rejim həbsxanasından azadlığa buraxılıb-FOTO BMT TŞ işğalçı İsrailin Colan təpələrinə dair malikiyyət iddiasını qəbul etmədi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar