Qəzzada fələstinli əsirlərə dəstək aksiyası keçirilib 06 Avqust 2016 01:00 Fələstin Qəzzada sionist rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərə dəstək aksiyası keçirilib. Maide.Az bildirir ki, Livanın əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, bu aksiya cümə günü Fələstin İslami Müqavimət Hərəkatı (Həmas)-ın çağırışı əsasında və İsrail həbsxanalarında aclıq aksiyasına başlamış fələstinli əsirlərə dəstək məqsədi ilə keçirilib. Həmas etiraz aksiyası zamanı İsrailin fələstinli əsirlərə qarşı insanlığa yaraşmayan rəftarlarını qınayıb və dünya ictimaiyyətindən bu cinayətlər qarşısında sükutunu pozmağı istəyib. Həmasın rəhbərlərindən olan Fuzi Bərhum deyib: İsrail zindanlarında yaşananlar sözün əsl mənasında cinayətdir və əsirlərin hüquqlarının pozulmasıdır. Amma, dünya gözlərini bu cinayətlərə yumaraq, sükut edir. Sionist İsrail rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərdən 400-ü mühakimə edilmədən həbsdə saxlanılmalarına etiraz olaraq, aclıq aksiyasına başlayıb. İşğalçı rejimin həbsxanalarında 7000 fələstinli əsirin olduğu bildirilir. Teqlər : #Qəzzada fələstinli əsirlərə dəstək aksiyası keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi həbsxanalarındakı 300 fələstinli məhbus aclıq aksiyasına başladı İsrail rejim əsgərləri daha iki fələstinli gənci həbs etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar