Qərb dünyası nə üçün `Həşd Şabi`nin əməliyyatlara qoşulmasına razı deyildi

Qərb dünyası nə üçün `Həşd Şabi`nin əməliyyatlara qoşulmasına razı deyildi

Verilən xəbərə görə,120 min döyüşçüsü olan İraq Könüllü Xalq Qüvvələri ("Həşd Şabi") 18 ayrı qrupdan ibarətdir.

2,5 ildir İraqda bir çox şəhərdə İŞİD ilə mübarizə aparan təşkilatda yalnız şiələr deyil, sünnilər başda olmaq üzrə bir çox məzhəb və millətdən olan iraqlı var. Kürd, türkman, ərəb, xristian, sünni, ələvi və şəbək döyüşçülər eyni cəbhədə çiyin-çiyinə İŞİD-ə qarşı vuruşur.

"Bədr" qrupu, "Asaib əhl əl-Haqq", "Sülh" briqadaları (Muqtəda əs-Sədrin qrupu), "Hizbullah" briqadaları, "Seyid əş-Şuhada" briqadaları, "Kataib əl-İmam Əli", "Əbul-Fadl Abbas" qüvvələri və eyni zamanda "Harakati Hizbullah əl-Nucaba" adlı qruplar var ki, "Həşd Şabi" tərkibində ön sırada olanlar kimi tanınır.

 

Könüllü Xalq Qüvvələri sünnilərə təzyiq göstərsəydi təşkilatda minlərlə sünni yer almazdı

Təşkilatda kürdlərin çox olduğunu qeyd edən Könüllü Xalq Qüvvələrinin sünni kürd komandiri Həyat Kazım deyir: "Bəşiridə, Satırda İŞİD-ə qarşı çox döyümüşəm. İndi isə Mosul əməliyyatında iştirak edirəm. Könüllü Xalq Qüvvələrində kürdlər, türkmanlar, xristianlar və bir çox fərqli qrup yer alır. Bizim məqsədimiz bütün İraq xalqını İŞİD-dən xilas etməkdir və bu terror təşkilatını ölkəmizdən təmizləməkdir. Mən sünni kürdəm. "Həşd Şabi" döyüşlərdə heç bir sünniyə təzyiq göstərməyib. Evlərini yandırıb dağıtmayıb. Tam əksinə, onlara kömək olub. Əgər "Həşd Şabi" sünnilərə zülm etsə və təzyiq göstərsəydi, təşkilatda minlərlə sünni döyüşçü olmazdı".

 

Bir çox xristian kəndini İŞİD-dən azad etdik

Könüllü Xalq Qüvvələrinin xristian komandiri Nəcalə Kələş də təşkilatda hər kəsimdən insan olduğuna diqqət çəkib: "Bəzi mətbuat orqanları Könüllü Xalq Qüvvələrinin yalnız şiə könüllülərdən ibarət olduğu yönündə xəbərlər verir, amma bu həqiqəti əks etdirmir. Könüllü Xalq Qüvvələrində bəlkə şiə döyüşçü çoxdur, ancaq xristian, süryani, şəbək, xaldey, ərəb və sünni döyüşçülər də çoxdur. Könüllü Xalq Qüvvələrində bir ayrı-seçkilik görsəydik, onun tərkibində yer almazdıq. Mən xristianam və heç bir zaman yad münasibət görməmişəm. "Həşd Şabi"də minlərlə xristian döyüşçü var. Və Könüllü Xalq Qüvvələri olaraq bir çox xristian kəndini İŞİD terrorundan xilas etmişik".

 

Könüllü Xalq Qüvvələri yalnız şiələr üçün vuruşmur

Könüllü Xalq Qüvvələrinin süryani döyüşçülərindən Nizam Kolə "'Həşd Şabi'" təkcə şiələr üçün vuruşmur. Sünniləri təcrid etmir. Tikrit, Fəlluca, Bəşiri və Mosulda sünnilər xwsusi çəkiyə sahibdir və buralarda vuruşur. İŞİD ilə mübarizədə hər təbəqədən şəhid əsgərlərimiz var. Biz süryanilər Səddam Hüseyn dövründə çox zülm çəkmişik. İŞİD-dən də çox çəkmişik. İŞİD ölkəmizi işğal edəndə süryanilər qətliamlara məruz qaldı", - deyə bildirib. (eastnews) /

Google+ WhatsApp ok.ru