Qərb Yaxın Şərqi talayıb, əvəzini bizə ödətdirir - Polşa

Qərb Yaxın Şərqi talayıb, əvəzini bizə ödətdirir - Polşa

Qaçqınların qəbulu yerinə Avropa Birliyinin sanksiyalarına üstünlük veririk.
 
Bunu Polşa mətbuatına açıqlamasında Polşa Daxili İşlər naziri Mariuş Blaşak söyləyib.
 
“Miqrant böhranının bizə aidiyyəti yoxdur. Bu, daha çox Qərbin məsələsidir. Bu dövlətlər zamanında koloniyalara sahib olublar. Onlar Afrika və Asiyanın sərvətlərindən istifadə ediblər. Bu gün isə “ödəmələrini” Polşanın hesabına həyata keçirməyə çalışırlar. Onların yanaşması ədalətli deyil. Məskunlaşma prinsipi konfliktin və qeyri-leqal qaçqın axınının miqyasını artırır”, – deyə o bildirib.
 
Qeyd edək ki, Polşa öz ərazisində Yaxın Şərq və Afrikadan olan qaçqınları qəbul etməkdən imtina edib. Avropa Birliyi isə İtaliya və Yunanıstanda olan qaçqınların bir hissəsinin Polşa tərəfindən bir ay ərzində qəbul edilməyəcəyi təqdirdə Varşavanı sanksiyaların gözlədiyini bildirib. (axar.az) /
 

Google+ WhatsApp ok.ru