Qəzza bölgəsində “Refah” keçidi 3 günlük açılıb 12 Aprel 2018 01:00 Fələstin -- 3 gün müddətinə iki tərəfli 2013-cü ildən etibarən hərbi müdaxilələrlə əlaqədar Qəzza bölgəsində “Refah” sərhəd keçidini bağlayan Misir hökuməti sərhəd buraxılış məntəqəsini 3 günlük açdığını elan edib. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xəstələr və müvəqqəti məskunlaşma icazəsi olanların, o cümlədən də xarici pasporta sahib şəxslərin “Refah” sərhəd keçid məntəqəsindən istifadəsinə icazə verilir. Fələstinin Qahirədəki səfirliyinin verdiyi açıqlamaya görə, Misir rəsmiləri "Refah" sərhəd buraxılış məntəqəsini bu gündən 3 gün müddətinə iki tərəfli açılmasına qərar qəbul ediblər. 2006-cı ildən bu vaxtadək mühasirəyə alınan Qəzzanın digər ölkələrə açılan 7 sərhəd qapısından “Refah” istisna olmaqla, 6-sı işğalçı İsrail rejiminin nəzarəti altındadır. Teqlər : #Qəzza bölgəsində Refah keçidi 3 günlük açılıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı Sionistlər 3 mindən çox fələstinli yaralayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar