Qəzzada şəhid olanların sayı artıb 07 May 2018 01:00 Fələstin -- işğalçı rejim əsgərləri daha 2 fələstinlini şəhid etdi İşğalçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində Qəzza zolağının Xan Yunus bölgəsində 3 fələstinli şəhid olub. Maide.Az bildirir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib. Ə.Kudranın sözlərinə görə, işğalçı rejimin atəş açması nətisəində Beha Əbdürrəhman Kadih (23 yaş) və Məhəmməd Xalid Əbu Raydə (20 yaş) adlı iki fələstinli şəhid olub, daha bir nəfər isə yaralanıb. Qəzzanın İsrail sərhədində fələstinlilər tərəfindən 30 martdan bu yana keçirilən "Böyük Qayıdış" dinc aksiyalarda aralarında jurnalist və 18 yaşdan aşağı uşaqların da olduğu 50-dən çox fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib, 6 mindən çox fələstinli isə yaralanıb. Fələstinlilər, aksiyalarını İsrailin quruluş ildönümü və "Böyük Fəlakət" adını verdikləri "Nekbenin" tarixi olan 15 Maya qədər davam etdirməyi planlaşdırır. Teqlər : #Qəzzada şəhid olanların sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bütün fələstinlilərə çağırış edildi Sionistlərin mərmiləri altında Quran toplantıları keçirilib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar