Qəzza sahilində aksiya atəşə tutulub, 93 nəfər yaralanıb - FOTO

Qəzza sahilində aksiya atəşə tutulub, 93 nəfər yaralanıb - FOTO

Dünən axşam saatlarında İsrail rejiminin milli dövlət qanununa etiraz olaraq minlərlə Qəzza sakini Aralıq dənizi sahilinə toplaşaraq dinc nümayiş keçiriblər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, işğalçı İsrail donanması dinc etirazçıları dənizdən atəşə tutub. Kütləyə qarşı həqiqi döyüş sursatları və gözşayardıcı qaz bombaları ilə atəş açılıb.
 
Yerli mənbələrin bildirdiyinə görə, hadisə yerinə tələsən təcili tibbi yardım maşınları da İsrail donanması tərəfindən atəşə tutulub.
 
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, ümumilikdə 93 nəfər xəsarət alıb, onların 37 nəfəri güllə yarası ilə Qəzzadakı aşağı təminatlı xəstəxanalara çatdırılıblar.
 
Bildirək ki, dünən 10-cu Azadlıq Gəmi karvanı növbəti dəfə İsrail blokadasını yarmaq üçün Qəzza limanından açıq dənizə yola düşüb. Bunu qeyd etmək üçün minlərlə fələstinli sahilə toplaşaraq gəmini yola salıblar.
 
Böyük Qayıdış Yürüşü və Blokadanın Yarılması üzrə ali milli komitənin sədri Xızır Həbib bəyan edib ki, Qəzzadakı etiraz aksiyaları blokada rəsmən ləğv edilənədək davam etdiriləcək.
 
 
 

Google+ WhatsApp ok.ru