Qətər zəvvarların Həcc ziyarətinə gedə bilmələrini təmin etmək üçün hüquqi yollar axtaracaq 20 Fevral 2019 11:37 Dünya Qətər İnsan Hüquqları üzrə Milli Komitəsi (NHRC), Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasi hesabların çəkilməsi üçün alətə çevirdiyini və buna qarşı beynəlxalq mexanizmlərə müraciət edəcəyini açıqlayıb. Maide.Az xəbər verir ki, NHRC-nin yazılı məlumatına görə, komitə sədri Əli bin Samih əl-Merri Avropa İttifaqının (AB) Dini Azadlığı üzrə Komissar Jan Figellə görüşüb. Ə.S. Merri deyib ki, Səudiyyə Ərəbistanının Ərəbistanının üç ildir ki, Qətər vətəndaşları və bu ölkədə yaşayanlar üçün həcc və ümrə ziyarəti üçün maneələr yaradır. “Görünən o ki, ibadət azadlığına mane olan irqçi ayrı-seçkiliyin bir növüylə qarşı-qarşıyayıq. Körfəz xalqları arasındakı ideoloji qarşılıqlı razılaşmaya baxmayaraq Səudiyyə Ərəbistanı rəhbərliyinin izlədiyi siyasət, siyasi münaqişələrin gətirdiyi yeni bir ayrı-seçkilik növünü ortaya çıxardır. Ötən il Qətərin Milli İnsan Hüquqları Komitəsi (NHRC) Səudiyyə Ərəbistanının qətərli hacılara tətbiq etdiyi maneələrin aradan qaldırılması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət məktubu göndərib. Məktubda embarqoların davam etməsi və Səudiyyə rəhbərliyinin Qətər vətəndaşları və bu ölkəyə gələn digər inanclıların ibadətlərini yerinə yetirmələri üçün heç bir müsbət addım atmaması göstərilib. Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Samih əl-Merri sözügedən məktubda qeyd edib ki, qətərlilərin digər müsəlmanlar kimi Həcc əməlini yerinə yetirə bilməsi üçün Səudiyyə Ərəbistanına qarşı təcili tədbirlər görülməlidir. Teqlər : #Qətər,#zəvvarların,#Həcc,#ziyarətinə,#gedə,#bilmələrini,#təmin,#etmək,#üçün,#hüquqi,#yollar,#axtaracaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO Çin Tacikistanda hərbi baza yaradıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO