Qəzzada şəhid olan fələstinlilərin sayı 18 nəfərə çatıb 05 May 2019 20:26 Fələstin İşğalçı İsrail rejiminin blokadada saxlanılan Qəzza bölgəsinə hücumu nəticəsində şəhid olan fələstinlilərin sayı 18 nəfərə çatıb, 100-dən çox insan yaralanıb. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhid olanlar arasında bir hamilə qadın, 14 aylış körpə və çox sayda dinc sakin var. Məlumata görə, Qəzza müqaviməti atəşkəs sazişini pozan İsrail rejiminin qüvvələrinə cavab olaraq, sionist qəsəbələrini 600 ədəddən çox Qrad və digər raketlərlə vurub. İşğalçı rejim Misirin təklif etdiyi atəş kəs sazişini qəbul etməyib, hava, quru və dənizdən Qəzzanı bombalamağa davam edir. İsrail KİV-lərinin məlumatına görə, Fələstin Müqavimət Qüvvələrinin işğal olunmuş ərazilərə atdığı raketlər nəticəsində 5 sionist qəsəbə sakini həlak olub. Çox sayda binalara ziyan dəyib. Teqlər : #Qəzzada,#şəhid,#olan,#fələstinlilərin,#sayı,#nəfərə,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb İşğalçı İsrail rejimi atəşkəs haqqında sazişi imzalamağa məcbur oldu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar