Qəzzada atəşkəs əldə olundu 14 Noyabr 2019 10:31 Fələstin Misirin vasitəçiliyi ilə sionist işğalçı İsrail rejimi ilə Fələstin arasında atəşkəs əldə olunub. Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Cihad Hərəkatının sözçüsü Musab əl-Bureym məlumat verib. Onun sözlərinə görə, atəşkəs yerli 05:00-da qüvvəyə minib. O, atəşkəsin İslam Cihadının önə sürdüyü şərtlər daxilində əldə olunduğunu bildirib. Qeyd edək ki, İslam Cihad Hərəkatının Baş katibi Ziyad en-Nahhale daha öncə verdiyi açıqlamada atəşkəsin təmin edilməsi üçün sui-qəsdlərin dayandırılması, Qəzza sərhədində Böyük Qayıdış Yürüşünə qatılanların hədəfə alınmaması və Qəzzaya tətbniq edilən blokadanın qaldırılması şərtlərini irəli sürmüşdü. Teqlər : #Qəzzada,#atəşkəs,#əldə,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzza müqaviməti İsrail rejiminə sarsıdıcı zərbə vurmağa davam edir İşğalçı İsrail rejiminin Qəzzaya hücumlarında ölənlərin sayı 36 nəfərə çatıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar