Qəzzada sionist rejimin ‘ilhaq planı’na qarşı etiraz yürüşü keçirilib

Qəzzada sionist rejimin ‘ilhaq planı’na qarşı etiraz yürüşü keçirilib

Qəzza zolağında yüzlərlə fələstinlinin iştirakı ilə İsrailin işğal olunmuş Qərb sahilindəki bəzi ərazilərin  "ilhaq etmək" planına qarşı  etiraz yürüşü keçirilib. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  etiraz aksiyasında iştrak edən fələstinlilər sionist rejimin ilhaq planı pisləyib. 
 
Fələstin bayraqları və plakatlarla Qəzza küçələrində yürüş edən etirazçılar ABŞ-ın “Əsrin müqaviləsi” planını da pisləyiblər. 
 
Aksiya iştirakçıları  işğalçı İsrail rejiminin  ilhaq planına qarşı  etirazları  davam etdirəcəklərini bildiriblər. 
 

Google+ WhatsApp ok.ru