Qərbi Afrikada 16 milyon insan təhlükəsiz qida üçün mübarizə aparır 04 Dekabr 2020 16:32 Dünya Qida Böhranının Qarşısını Alma Şəbəkəsi (RPCA), Qərbi Afrikadakı qida böhranına dair hesabat dərc edib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, təşkilatın hesabatında Qərbi Afrikanın son illərin ən ciddi qida böhranlarından biri ilə qarşılaşdığı qeyd edilib. Qərbi Afrikada 16,7 milyon insanın oktyabr ayından bəri qida təhlükəsizliyi ilə mübarizə apardığı bildirilən hesabatda, qida əldə etməyin ən çətin olduğu 2021-ci ilin iyun-avqust məhsuldarlıq mövsümündə bu rəqəmin 24 milyona yüksələ biləcəyi xəbərdarlığı edilib. Hesabatda qida böhranının əsas səbəbi kimi təhlükəsizlik probleminə işarə edilib və hazırda yalnız Nigeriyada 9,2 milyon insanın aclıq təhlükəsi altında olduğu xatırlatılıb. Tez-tez terror hücumlarının hədəfi olan Burkina Fasoda 2 milyon insanın eyni vəziyyətdə olduğu diqqətə çatdırılıb. Qlobal istiləşməyə görə, çəyirtkə istilasının kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurduğu bildirilərək, bunun qida böhranına səbəb olan ikinci ən vacib amil olduğu vurğulanıb. Teqlər : #Qərbi,#Afrikada,#milyon,#insan,#təhlükəsiz,#qida,#üçün,#mübarizə,#aparır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Cəfər əl-Hadi vəfat edib - FOTO Əfqanıstanda nəzarət buraxılış məntəqəsinə hücum - 5 ölü, 4 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO