Qahirədə partlayış nəticəsində 20-dən çox insan xəsarət alıb

Qahirənin Şubr-əl-Xeymə qəsəbəsində baş verən partlayış nəticəsində 23 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə tibb işçilərinə istinadən "El Badil" nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, partlayış yerli təhlükəsizlik və məhkəmə orqanları binalarının yanında baş verib. Böyük ehtimal ki, bomba avtomobilə qoyulub.

Google+ WhatsApp ok.ru