Qahirədə terror aktı: 16 nəfər ölüb -FOTO

Maide.az xəbər verir ki,  Misirdə növbəti terror aktı qeydə alınıb.
İlkin məlumatlara görə, paytaxt Qahirədə gecə klublarının birinə maskalı şəxslər hücum edib və kluba molotof kokteyli  atıblar. Hadisə nəticəsində 16 nəfər həlak olub, 5 nəfər yaralanıb. 
Bildirilir ki, ölən və yaralananların hamısı yerli sakinlərdir və əksəriyyəti restoranın işçiləridir.
 

Google+ WhatsApp ok.ru