Qaradərili gənci güllələyən polis istefaya çıxıb 30 Noyabr 2014 02:00 Dünya Ferguson şəhərində qaradərili gənci güllələyərək öldürən polis əməkdaşı Darren Wilson istefaya çıxıb. Bu barədə onun vəkili Neil Bruntrager bildirir. Avqust ayında 18 yaşlı Michael Brown-un ölümü ilə nəticələnmiş insidentdən sonra polis əməkdaşı vəzifəsinin icrasından kənarlaşdırılıb. Maide.az xəbər verir ki, ötən həftə Wilsonun işinə xitam verən məhkəmə hökmündən sonra Fergusonda başlayan qarışıqlıqlar ölkə böyunca bir neçə şəhərə yayılıb. Aksiyalarda iştirak edən hər iki irqə mənsub olan Amerika vətəndaşları məhkəmənin ədalətsiz hökmünü pisləyən şüarlar səsləndirirlər. Amma buna baxmayaraq, hökümət qüvvələri vətəndaşların dinc aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə edərək, vəziyyəti dramatikləşdirirlər. İndiyə kimi aksiyalarda 600-ə yaxın qaradərili həbs olunub. Teqlər : #Qaradərili gənci güllələyən polis istefaya çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Qara cümə` gənc qadının həyatına son qoydu Türkiyə-Ermənistan sərhədinin açılmasının bir addımlığı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO