Qazaxıstanda İslamın təbliği məqsədi ilə ilk rəsmi sayt açılıb

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Yerjan Maymarov  bu ölkədə İslamın yayılması və terrorizm və ifratçılıqla mübarizə məqsədi ilə rəsmi internet səhifəsi (saytı) istifadəyə verilib.

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, sayt Qazağıstan Müsəlmanları Ruhani İdarəsi tərəfindən istifadəyə verilib.

Y.Maymarov deyib ki, internet səhifəsi ilə yanaşı Qazaxıstanın din alimləri və mütəfəkkirləri radiostansiya vasitəsi ilə də İslamı yaymaq və dini ifratçılıq və terrorizmlə mübarizə aparmaq niyyətindədirlər.

O bildirib ki, internet vasitəsi ilə və geniş surətdə ənənəvi İslamın yayılması, tədris sisteminin yaxşılaşdırılması və dini personalın təlimi üçün imkanlar yaradılacaq."Bu təlimlərdən məqsəd, Qazaxıstan cəmiyyətində əsl İslamın təqdim olunması və onun imkanlarının yüksəldilməsidir. Belə ki, bu ölkə müsəlmanları ekstremist cərəyanların dağıdıcı ideologiyalarını yaxşı dəyərləndirə və əsl İslamdan ayıra bilsinlər."
Qeyd edək ki, Qazaxıstan məscidlərində tədris sisteminin inkişaf etdirilməsi, ruhanilərin məharətlərinin artırılması, həmçinin şəxslərin müraciəti üçün münasib zəminin yaradılması məqsədi ilə proqramlar həyata keçirmək ruhani idarəsinin  gündəmindədir./

 

Google+ WhatsApp ok.ru