Qazaxıstan DİN: Aktobedə 6 terrorçunun axtarışı davam etdirilir

Qazaxıstanın polis və xüsusi xidmət orqanları Aktobe şəhərində silah dükanları və hərbi hissəyə hücum etməkdə şübhəli bilinən 6 nəfərin axtarışını davam etdirir.
 
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili işlər nazirliyinin rəsmisi Almas Sadubayev bildirib.
 
"Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. 6 nəfər axtarışdadır", A.Sadubayev bildirib.
 
Qeyd edək ki, iyunun 5-də Aktobe şəhərində baş vermiş silahlı insident nəticəsində 3-ü hərbi qulluqçu olmaqla 7 nəfər ölüb.

Google+ WhatsApp ok.ru