Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına daxil oldu 28 İyul 2015 01:00 Dünya Qazaxıstan təxminən 20 illik danışıqlardan sonra Ümumdünya Ticarət Təşkilatına daxil olub. İyulun 27-də təşkilatın Cenevrədə keçirilən rəsmi qəbul tədbirində ölkə prezidenti Nursultan Nazarbayev iştirak edib. Qazaxıstan xarici investorları cəlb etmək üçün idxal tariflərini azaltmaq və bu istiqamətdə növbəti addımlar atmaq razılığına gəlib. Amma ölkədə sənaye və kənd təsərrü məhsullarının istehsalı hələ də aşağı səviyyədədir və ölkə əsasən neftdən gələn gəlirə arxalanır. Ekspertlər hesab edir ki, yerli firmalar bundan sonra xarici malların artmasına görə, mübarizə aparmalı olacaqlar. Qazaxıstan 1996-cı ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparırdı.Ölkənin Rusiyanın rəhbərlik etdiyi Avrasiya təşkilatına qoşulması danışıqları əngəlləyirdi. Rəsmi imza mərasimi və ratifikasiyadan sonra Qazaxıstan təşkilatın 162-ci üzvü olacaq. Teqlər : #Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına daxil oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə-İran qaz xətti partladılıb İslam dünyasının liderləri Moskvada toplaşacaqlar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO