Qazaxıstanın Aktoba şəhərində atışma baş verib, 6 nəfər ölüb, 11-i yaralanıb

İki silah mağazasına və hərbi hissəyə dini radikal dəstələrin nümayəndələrinin hücumu nəticəsində, xəbər verildiyi kimi, Qazaxıstanın Aktyubinsk vilayətinin Aktobe şəhərində bir neçə nəfər öldürülüb, onlarla yaralı var.

Virtualaz.org Qazaxlstanın «Tengrinews» agentliyinə istinadən xəbər verir ki, şəhər sakinləri mobil rabitənin və internetin zəif işləməsindən şikayətlənirlər.

İki saatdan çoxdur ki, şəhərdə yaşayanlarla əlaqə saxlamaq və onlardan məlumat almaq problemə çevrilib.

Qeyd edək  ki, bu gün Qazaxıstanın Aktyubinsk vilayətinin inzibati mərkəzi olan Aktobe şəhərində atışma nəticəsində 6 nəfər ölüb.

A. Sadubaev deyib ki, Qazaxıstan Daxili İşlər Nazirliyinə naməlum şəxslərin Aktobe şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 (Bakı vaxtı ilə saat 14:45) radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdikləri barədə məlumat daxil olub. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.

A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib. Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. Aktobe şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

 

 

Google+ WhatsApp ok.ru