Qazaxstan və Özbəkistandan “dini bayram” qərarı

Qazaxstan və Özbəkistandan “dini bayram” qərarı

-- bu haqda iki ölkə arasında anlaşma memrondumu imzalanıb

Qazaxstan və Özbəkistanda dini bayramların eyni gündə keçirilməsinə qərar verildi. 
 
Maide.Az “Dünya Bülteni”-ə istinadla xəbər verir ki, bu haqda iki ölkə arasında anlaşma memrondumu  imzalanıb. 
 
Anlaşma memrondumunu Özbəkistan dini idarə rəhbəri Osmanhon Alimov və Qazaxstan müftüsü Serikbay Oraz  Daşkənddə imzalayıb. 
 
Sənədə əsasən, iki ölkə “Ramazan və Qurban bayramlarının eyni gündə  qeyd edilməsini, həmçinin  dini məsələlər və onlar haqqında veriləcək fətvalar haqqında  eyni  fikirdə olacaqları” barədə razılaşıblar.

Google+ WhatsApp ok.ru