İqlim fəlakətlərinin yaxınlaşdığı proqnozlaşdırılır 29 Oktyabr 2019 11:00 Dünya Beynəlxalq alimlər qrupu qlobal iqlim dəyişikliyinin yer üzündə ekstremal hava şəraitinin başlamasına səbəb olan “El-Nino” fazasının daha tez-tez meydana gəlməsinə səbəb olduğunu təsbit edib. Maide.Az "Deyerler.org"a istinadən verdiyi xəbərə görə, tədqiqatçılar 1901 ilə 2017-ci illər arasında baş verən 33 “El-Nino” hadisəsini araşdırmışdır. Məlum olmuşdur ki, 1970-ci illərin sonlarından etibarən “El-Nino”nun göründüyü və intensivlik zirvəsi olan ərazilər havanın daha isti olduğu qərbə minlərlə kilometr hərəkət edib. Nəticədə son dərəcə güclü “El-Nino”nun olma ehtimalı artmışdır. İqlim dəyişikliyinə görə, Sakit okeanın qərb tropik və mərkəzi hissəsindəki sular qeyri-bərabər istiləşir. Bu, əsasən sərindən isti sulara əsən küləklərə təsir göstərir. 1978-ci ildən başlayaraq 11 “El-Nino”, qlobal temperaturu rekord səviyyəyə qaldıran üç super “El-Nino” daxil olmaqla, Sakit okeanın mərkəzi və ya qərbində meydana gəlmişdir. 1982, 1998 və 2015-2016-cı illərdə baş verən super “El-Nino”, ətrafdakı ekosistemlərə, o cümlədən mərcan qayalarının məhvinə səbəb ola bilər. Onlar Afrika və Asiyada güclü daşqınlara və dünyanın digər yerlərində quraqlığa səbəb olur. Teqlər : #İqlim,#fəlakətlərinin,#yaxınlaşdığı,#proqnozlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanında sel nəticəsində 7 nəfər ölüb İngiltərədə 31 məscid xeyriyyə həftəsində həmkarlıq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO