Qondarma soyqırımı bəhanə edib, hicablı deputatı partiyadan qovdular 30 May 2015 01:00 Dünya Belçikada Demokratik Humanist Mərkəz (CDH) Partiyasından 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün ixrac edilən Brüssel millət vəkili Mahinur Özdəmir partiya rəhbərliyinin hicabından narahat olduğunu bildirərək, 1915 hadisələri ilə bağlı iddiaları rədd etməsinin ixracına bəhanə olduğunu deyib. Maide.az-ın məlumatına görə, Xristian Demokrat ailəyə mənsub CDH-dən 2009-cu ildə Brüssel Parlamentinə millət vəkili kimi daxil olaraq Belçika və Avropanın ilk hicablı deputatı adını qazanan Mahinur Özdəmir, haqqındakı ixrac qərarı barədə danışıb. 1915 hadisələri ilə bağlı erməni iddialarını rədd etdiyi üçün partiyanın etik komitəsi tərəfindən ixrac qərarının haqsız olduğunu qeyd edən Özdəmir, "Belçika hökuməti soyqırımın hüquqi bir anlayış olduğunu və bunun 1915 hadisələrini əhatə etmədiyini qəbul edir. Partiyama bunu xatırlatdım. Buna baxmayaraq, erməni soyqırımını qəbul etdiyim istiqamətində bir sənəd imzalamağı istəyirdilər. İxracla təhdid etdilər. Dik dayandım və bunu qəbul etmirəm dedim" söyləyib. Özdəmir ixrac qərarında 1915-ci il hadisələrinə dair mövqeyinin bir növ bəhanə olaraq istifadə edildiyini bildirib və belə davam edib: "İki ildir vəzifədə olan sədr Benedikt Lutgen keçən ilki seçkilərdə Brüsseldə ən çox səs alan beşinci deputat olmağıma baxmayaraq, mənə partiya içərisində bir mövqe verməmiş, komissiya rəhbərliyi tələbimi rədd etmişdi. Hicaba görə narahat olduğunu bilirdim. Verdikləri qərar məni nə yolla olursa olsun ixrac etmək istədiklərinin və bunda hicabın də bir təsiri olduğunun göstəricisidir. Bu hadisə ixrac üçün bir bəhanə oldu". Müstəqil millət vəkili olaraq Brüssel şəhərlilərin xidmətində olacağını qeyd edən Özdəmir, "Dünyadakı haqsızlıqları qanunsuzluqları parlamentdə dilə gətirməyə, ayrı-seçkiliklə, yoxsulluqla və işsizliklə mübarizə məsələlərini parlamentə daşımağa davam edəcəyini" söyləyib. Teqlər : #Qondarma soyqırımı bəhanə edib,#hicablı deputatı partiyadan qovdular, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nəhəng qum fırtınası İmam Hüseynin (ə) müqəddəs hərəminə çatanda dayandı - VİDEO `Sionist əsgərləri gülləni narkozsuz çıxarmağa çalışdı`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO