Qırğız islamşünas- alim sui-qəsdə uğrayıb

Ötən gecə Qırğızıstanın İslam elmləri mütəxəssisi və “Din, hüquq və siyasət” Araşdırma Mərkəzinin rəhbəri Qadir Məlikova qarşı naməlum şəxslər tərəfindən sui-qəsd törədilib.
 Maide.az xəbər verir ki, Orta Asiya regionunun görkəmli şəxsiyyətlərindən və tanınmış İslam alimlərindən olan Qadir Məlikova qarşı törədilən sui-qəsd uğursuz olub.
Bişkek polisinin verdiyi məlumata görə, dünən axşam saat 18:40 radələrində Bişkek şəhərinin 12-ci mikrorayonunda naməlum şəxslər avtomaşından düşərək bu İslam aliminin boyun və üz nahiyələrinə bıçaqla xəsarətlər yetirib.
Şahidlərin sözlərinə görə, Qadir Məlikov vurulduqdan sonra, qışqıraraq ətrafdakılardan yardım istəyib və yerli sakinlər Təcili tibbi yardım və polisə xəbər verərək, onu Bişkek şəhər 4 saylı xəstəxanasına aparıblar, lakin cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub.
Məlumata əsasən, hücum edən şəxslər Təkbir sədaları altında Məlikovu döyüb və onu mürtəd adlandırıblar.
Xəstəxana rəsmiləri bildiriblər ki, hal-hazırda yaralının vəziyyəti qənaətbəxşdir və reanimasiyada yerləşir.
Eyni zamanda, paytaxtın xüsusi təyinatlıları və polisi hadisə ilə bağlı araşdırma aparırlar.
Hadisə baş verdiyi bir vaxtda, qırğızıstanlı bu dini ekspert indiyədək dəfələrlə radikal qruplaşmalar, o cümlədən İŞİD tərəfindən təhdid edilib./
 

Google+ WhatsApp ok.ru