Qırğızıstanda seçkidir

Oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilir. 
 
Parlamentdəki 120 yer uğrunda 14 partiya və 2 mindən artıq namizəd mübarizə aparır.  Orta Asiyada ilk dəfə Qırğızıstanda seçicilər biometrik şəxsiyyət vəsiqəsi ilə səs verəcəklər. 
 
Seçicilərin ümumi sayı 2,7 milyondur. İlkin nəticələrin səsvermə başa çatdıqdan az sonra bəlli olacağı gözlənilir.
 
Analitiklər seçkilərin nəticələrini təxmin etməkdə çətinlik çəkirlər.  /

Google+ WhatsApp ok.ru