Qırğızıstanda İslam institutuna qəbul olmaq istəyənlərin sayı artıb 03 İyul 2019 13:39 Dünya Ötən həftə Qırğızıstanın paytaxtı Bişkek şəhərində U.İ. Xəttab adına İslam Universitetinin məzunlarına diplom verilməsi mərasimi təşkil olunub. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu il həmin ali məktəbi 84 tələbə bitirib. Professor Olan Osospovanın sözlərinə görə bu universitetə qəbul olunmaq istəyənlərin sayı ilbəil artır. Bu artım xüsusilə də xanım tələbərin sayında nəzərə çarpır. 2019-cu tədris ilində bu ali məktəbdən 16 qrupda dərs oxuyan 84 tələbə məzun olubdur ki onlardan 52-si qadındır. Adı çəkilən universitetdə 4 il müddətində dinşünaslıq, ərəb dili və ədəbiyyatı və digər dini dərslər keçirilir. Bu elmi araşdırma mərkəzi 1991-ci ildə mədrəsə kimi yaradılıbdır. 2003-cü ildə isə islamşünaslıq üzrə ali məktəbə çevrilib. 2017-ci ildən Təhsil Nazirliyinin lisenziyasının alıbdır. Həmin vaxtdan etibarən məzunlarına dövlət təhsili alması barədə sertifikat verir. Teqlər : #Qırğızıstanda,#İslam,#institutuna,#qəbul,#olmaq,#istəyənlərin,#sayı,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey Lavrov İƏT-in baş katibi ilə görüşüb BMT-nin baş katibi Liviyada dərhal atəşin dayandırılması haqqında çağırış edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO