Qurani-Kərimi təhqir edən vəkilə kiber hücum - FOTO

Belçika Parlamentinin 22 yanvar tarixində "Məscidlər və radikallaşma" məsələlərinin müzakirə iclasında Daxili İşlər naziri Jan Jambona sual vermək üçün tribunaya çıxan və əlindəki Qurani-Kərimi havaya qaldıraraq, "Bir çox pisliyin səbəbi, bütün pisliklərin mənbəyi" deyən Flaman Mənfəəti Partiyasının keçmiş lideri Filip Dewinterin saytı hakerlər tərəfindən dağıdılıb. 
 
Maide.az  Dewinterin saytının haklanması böyük əks-səda yaradıb. Saytı tanınmış "Akıncılar" qrupu dağıdıb. İnternet saytını dağıdan türk haker qrupu Dewinterin internet saytına Türkcə və İngiliscə, "Həqiqətən, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmadan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq" ("Hicr" surəsi, 9) ayəsini yerləşdiriblər "Dəstəmazın olmadığı halda Qurana əl vurma" yazıblar. Daha sonra isə əlavə ediblər ki, "Şübhəsiz pisliklərin mənbəyi müqəddəs kitabımız deyil! Sizin beyninizdən axan üfunətli irqçi düşüncələrinizdir".
 

Google+ WhatsApp ok.ru