Quterres açıqlayıb: Birləşmiş Millətlərin büdcəsi tükənir

Quterres açıqlayıb: Birləşmiş Millətlərin büdcəsi tükənir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres BMT büdcəsinin tükənmək üzrə olduğunu bildirərək, "maliyyə durumumuz ilin bu vaxtında heç bu qədər aşağı olmamışdı, ümumi vəziyyət narahatlıq vericidir", - deyə bildirib. Quterres BMT üzvü olan ölkələr və əməkdaşlarına göndərdiyi məktubda təşkilatın üzləşdiyi büdcə sıxıntısına diqqəti çəkib.
 
Maide.Az "FaktXəbər"-ə istinadən xəbər verir ki, BMT büdcəsinin 139 milyard dollarlıq kəsiri olduğunu bildirən Quterres, "Pulumuz tükənir!", - deyə xəbərdarlıq edib.
 
Xərcləri azaldaraq tədbirlər görəcəklərini vurğulayan Quterres, "bizim kimi bir təşkilat büdcə problemi ilə üzləşməməlidir, bundan da çox problemli olan məsələ yardıma ehtiyacı olanların müraciətlərinə cavab verə bilməməyimizdir", söyləyib.
 
BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik isə məsələyə dair jurnalistlərə verdiyi açıqlamada, BMT üzvü olan 193 ölkədən yalnız 112-sinin təşkilata illik ödəmələr etdiyini deyib. Dujarrik BMT-nin üzləşdiyi maliyyə çətinliyinin üzv ölkələrin ödəmələrini gec etməsi, ya da hələ etməməsindən qaynaqlandığını bildirib.
 
BMT-yə ödəmə aparmayan ölkələr arasında təşkilata ABŞ-da var. BMT-nin 5,4 milyard dollarlıq ümumi büdcəsinin 22 faizini ABŞ ödəyir.
 
BMT-nin rəhbərlik və büdcə məsələlərində islahat aparması lazım olduğunu tez-tez səsləndirən və "büdcədə ədalət" çağırışı edən Tramp rəhbərliyi, 2018-2019-cu maliyyə ilində BMT-nin büdcəsinə köçürəcəyi hissədən 285 milyon dollar azaltmaq qərarı vermişdi.
 

Google+ WhatsApp ok.ru