Qız intihar etdi, polis Facebooku məhkəməyə verməyə hazırlaşır

Qız intihar etdi, polis Facebooku məhkəməyə verməyə hazırlaşır

Hindistanın Tamiland ştatının polisi "Facebook" sosial şəbəkəsini 21 yaşlı qızın intihar etməsinə görə, məhkəməyə verməyə hazırlaşır.
 
Maide.Az xarici KİV-lərə istinadən məlumat verir ki, 21 yaşlı qız fotomontaj olunmuş şəkillərini feysbukda görərək, intihar edib.
 
Baş vermiş hadisə Hindistan KİV-lərində geniş rezonansa səbəb olub.
 
Sonradan aydın olub ki, intihar etmiş qızın atası iyunun 23-ü polisə gələrək, qızının çılpaq şəkillərinin sosial şəbəkədən yığışdırılmasını tələb edib və bunun kim tərəfindən edilməsini bilmək istəyib. 
 
Hüquq-mühafizə orqanları hadisəni aydınlaşdırmaq üçün Facebook rəhbərliyindən şəkillərin silinməsi və onların kim tərəfindən yerləşdirilməsini istəyib. Polislərin istəyini feysbuk 5 gündən sonra yerinə yetirib. Lakin bu zamana kimi qız artıq intihar etmişdi. /

Google+ WhatsApp ok.ru