İrəvanda zavod işçilərinin etiraz aksiyası davam edir

Ermənistanda hökumət binasının qarşısında "Nairit" zavodunun keçmiş əməkdaşlarının ikigünlük oturaq etiraz aksiyası bu gün də davam edib.
 
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
 
Aksiya iştirakçıları hökumətdən ödənilməyən əmək haqlarının verilməsini, uşaqlarının təhsil haqqının ödənilmə müddətinin uzadılmasını və bu kimi başqa sosialyönlü 9 tələb irəli sürüblər.
 
Qeyd edək ki, "Nairit" zavodu maliyyə çatışmazlığı ucbatından işləmir. Bu günlərdə Ermənistanın baş naziri Yervand Zaxaryan müəssisənin işə düşməsi üçün 300 milyon dollar maliyyə vəsaitinin lazım olduğunu bildirmişdi./

Google+ WhatsApp ok.ru