İrəvanda etirazlar yenidən başladı: etirazçılar aclıq edir

“İşığımız olmayacaqsa, çörəyimiz də olmasın”

İrəvanın Baqramyan prospektində etirazçılar yenidən aclıq aksiyasına başlayıblar. Onlar Baş Prokurorluğa ərizə ilə müraciət edərək, hakimiyyətə qarşı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açmasını tələb ediblər. Etirazçı Ararat Badulyanın bildirdiyinə görə, birinci aclıq aksiyasında hökumət yetkililəri onları aldadıb:
 
“Bir aya yaxındır ki, səylərimiz bir nəticə vermir. Birinci aclıq aksiyasında bizi aldatdılar. Aksiyanı dayandıracağımız təqdirdə, bir neçə iştirakçını prezidentlə görüşdürəcəklərini dedilər. Amma on gündür vədlərinə əməl etmirlər. Amma bu dəfə aldada bilməyəcəklər. Eybi yox, işığımız olmayacaqsa, çörəyimiz də olmasın”.
 
Xatırladaq ki, işğalçı ölkədə elektrik enerjisi tariflərinin qalxması ilə ümumxalq etirazları başlayıb. Polislə toqquşmalar nəticəsində 1 nəfər ölüb, 276 nəfər isə hələ də həbsdədir.

Google+ WhatsApp ok.ru