Rəsmi: İraq müqavimət qüvvələri ABŞ-ın İraqdakı səfirliyinə hücum etməyib 27 Yanvar 2020 13:40 Dünya Ötən gün Bağdadda ABŞ səfirliyinə bomba atılmasını İraq müqavimət qüvvələri həyata keçirməyib. Maide.Az “hawzahnews”a istinadla xəbər verir ki, bunu İraqın "Əsaibi Əhli-Haqq" hərəkatının sözçüsü Cavad Ət-Təlbavi deyib. “Bir daha təkidlə bildiririk ki, ABŞ səfirliyinə qarşı edilən son hücumlar İraq müqavimət qüvvələrinin işi deyil. Çünki müqavimət qüvvələri öncədən də elan edib ki, heç vaxt diplomatik mərkəzlər və səfiliklər əleyhinə hücumlar həyata keçirməyəcək”. O həmçinin bildirib ki, ABŞ səfirliyinin bombalanmasında istifadə olunan raketlər, müqavimət qüvvələrinin uzun illərdir istifadə etmədəyi raketlərdir. “Öncədən də bildirmişik ki, Hacı Mehdi Əl-Mühəndisin terror edilməsinə bizim cavabımız İran İslam Respublikasının general Süleymaninin terroruna verdiyi cavabdan az olmayacaq”. Qeyd edək ki, ötən gün İraqın paytaxtı Bağdad şəhərinin səfirliklər və nazirliklərin yerləşdiyi Yaşıl bölgə ərazisində 5 raket atılıb. Məlumata əsasən, atılan raketlər ABŞ-ın İraqdakı səfirliyi yaxınlığında partlayıb. Raket zərbələri səbəbilə səfirlik ərazisində həyacan siqnalı verilərək, ingilis dilində pəncərələrə yaxınlaşmamaq və sığınacaq tapmaq xəbərdarlığı edilib. Digər məlumata əsasən, raket zərbələri nəticəsində azı 1 nəfər yaralanıb. ABŞ Dövlət Departamentinin İraq hökumətindən səfirlikləri mühafizə etmə öhdəliklərini yerinə yetiməsini tələb etdiyi qeyd edilir. Teqlər : #Rəsmi:,#İraq,#müqavimət,#qüvvələri,#ABŞın,#İraqdakı,#səfirliyinə,#hücum,#etməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir Çəyirtkə Şərqi Afrikanı yeyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO